Xəbər lenti

Un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti daha 1 il uzadılır
Ekonomiks12:58 01.02.2021

Un və çörəklə bağlı tətbiq olunan vergi güzəştlərinin müddəti daha 1 il uzadılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.
Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.
Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.