Xəbər lenti

Unun qiyməti necədir? - Şirkətlər rəqəmləri açıqladı
Ekonomiks11:24 05.06.2024

Unun qiyməti necədir? - Şirkətlər rəqəmləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda unun qiymətinin yenidən bahalaşması ilə bağlı məlumat yayılıb. Un satışını həyata keçirən şirkətlərin sözlərinə görə, unun topdansatış qiymətində artım müşahidə olunur.
Onların sözlərinə görə, əvvəlki aylarda 26-27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 30-32 manat və daha baha təklif olunur.
Məlumatı dəqiqləşdirmək üçün tanınmış un şirkətləri ilə əlaqə saxladıq.
"Gəncə Dəyirman" MMC-dən Qaynarinfo-ya verilən məlumata görə, unun topdansatış qiymətində artım var:
"50 kiloqramlıq un kisəsi hazırda 29 manat 50 qəpikdir. "
"Dəvəçi-Taxıl” MMC-dən verilən məlumata görə, 50 kiloqram un kisəsi 28 manat 30 qəpikdir.
"KARAT HOLDİNQ" MMC 50 kiloqarmlıq un kisəsinin 29 manat 50 qəpiyə satıldığı bildirilib.
"Karmen" MMC-dən isə 50 kiloqarmlıq un kisəsinin 28 manat 95 qəpiyə satıldığını bildirdilər. 
Bahar Rüstəmli