Xəbər lenti

Şuşa-Xankəndi yolunda son vəziyyət: “Çadırlar dəyişdirilir, deyirlər ki...”
Ölkə09:04 19.12.2022

Şuşa-Xankəndi yolunda son vəziyyət: “Çadırlar dəyişdirilir, deyirlər ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Axşama hava şəraitinin pisləşəcəyi ilə bağlı məlumat var”. 
Bunu Qaynarinfo-ya açıqlamasında "Yeni Musavat” qəzetinin əməkdaşı Məhəmməd Tükmən 8 gündür Şuşa-Xankəndi yolunda ekoloji terrorun qarşısının alınması məqsədi ilə QHT-lərin keçirdiyi aksiyadan danışarkən deyib. Jurnalist bildirib ki, hazırda aksiyada hava şəraitinə uyğun hazlıqlar görülür:
"Çalışırlar ki, hər kəs geçələyə bilsin. Çadırlar qış çadırları ilə əvəz olunur. Qar yağsa, yollar bağlansa, gediş-gəliş problem olacaq. Bu səbəbdən də iştirakçıların aksiyada gecələməsi problem ola bilər. Ona görə bununla bağlı işlər görülür”. 
Məhəmməd Türkmənin sözlərinə görə, aksiyada əvvəlki günlərdən elə də ciddi fərqlər yoxdur: 
"İnsan axını davam edir, hər gün gəlib-gedənlər və gecə qalanlar, səhər gəlib, axşam qayıdanlar da var. Prosesə dəstək ilk gündən necə vardı, elə də davam edir”. 
Bahar Rüstəmli