Xəbər lenti

Şuşada "xalçaçı günü"
Ölkə19:59 05.05.2022

Şuşada "xalçaçı günü"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı - "Xalçaçı günü” kimi qeyd olunur.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamıyla "Azərxalça” ASC-nin yaradılması ilə əlaqədar artıq 6 ildir, bu gün "Xalçaçı günü” kimi edilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Turizim Agentliyinin 5-8 may tarixlərində keçirdiyi Beynəlxalq Kulinariya Festivalı çərçivəsində "Azərxalça” ASC Şuşaya baş çəkən yerli və xarici qonaqlara özünün xalça toxuma prosesi haqqında "Xalça necə doğulur” adlı interaktiv tamaşaını təqdim edib. Tamaşa izləyicilərin marağına səbəb olub, həmçinin, turistlər özləri toxuma prosesində iştirak ediblər.
Xatırladaq ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət nümunələrinin də geniş təqdimatı baş tutub.