Xəbər lenti

“Uşaq pulu ilə bağlı tələb yetərincə deyil" - Ekspert
Ekonomiks07:46 24.10.2023

“Uşaq pulu ilə bağlı tələb yetərincə deyil" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hökumət uşaq pulunun verilməsini ağır yük hesab edir, ona görə də bu məsələnin reallaşmasında maraqlı deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, tələb yetərincə və istənilən səviyyədə deyil: "Buna görə də məsələyə laqeyd yanaşılır".
Ekspert qeyd edib ki, hökumət uşaq pulu verməlidir: "Bu uşaqlar vaxtında hərbi xidmətə gedib vətənə borc verir. Dövlət nəzərə almalıdır ki, bu gün çoxlu sayda işsizlər, kasıblar var. Həmin ailələrin evində çoxlu sayda uşaqlar var".
Bahar Rüstəmli