Xəbər lenti

Uşaqlar Birliyinin sədri erməni uşaqların terorçu mesajlarından danışdı
Ölkə13:55 13.11.2020

Uşaqlar Birliyinin sədri erməni uşaqların terorçu mesajlarından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sosial şəbəkələrdə paylaşılan belə fotoları gördükdə biz bunların hər birindən hesabatlar hazırlayıb, beynəlxalq təşkilatlara verməliyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilərinin "biz havanı zəhərləyəcəyik ki, bütün azərbaycanlı uşaqlar ölsün”, "biz sizə yaşamağa imkan verməyəcəyik” kimi aqressiv ismarışlara aydınlıq gətirərkən deyib. Sədr qeyd edib ki, təhlükəsizlik təminatında dövlət qədər, onun vətəndaşı da məsuliyyətli olmalıdır:
"Deməliyik ki, baxın, ermənilər indidən bizə qarşı aqresiya nümayiş etdirir. Biz bu aqresiyanı indi deyil, eyni zamanda terror zamanı da gördük. Terror zamanı onlar dinc əhaliyə atəş edəndə, güllələri yağdıranda, bomba atanda bizim tərəfdən ən çox zərər çəkən uşaqlar olmuşdu. Bir vacib məsələ var, tərbiyə...” 
Kəmalə Ağazadə vurğulayıb ki, ermənilər bizimlə birgə yaşayacaqlarsa, Azərbaycan qanunlarına riayət eləməlidirlər:
"Əgər onlar hər hansı qanun pozuntusu, cinayət törədəcəksə, buna görə məsuliyyətə cəlb olunacaq. Biz uzun zaman onlarla maarifləndirici işlər aparmalıyıq. Bu yaxınlarda sosial şəbəkələrdə bir video gördüm. Əsgərlərimiz onların uşaqlarına şirniyyat verib bağrına basırdılar. Onlar bunu edəcəklərmi? Suallar var, amma zaman lazımdır. Burada dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür”.
Qeyd edək ki, işğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər bizə aqressiv ismarışlar yazıb. Bu haqda sosial şəbəkələrdə erməni səhifələri fotolar paylaşıb. 
Bahar Rüstəmli