Xəbər lenti

Uşaqları gözləyən yeni təhlükə var - "Halal internet"
Ölkə07:44 07.09.2020

Uşaqları gözləyən yeni təhlükə var - "Halal internet"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkəmizdə məktəblərə verilən internetlə evlərə verilən internet arasında kəskin fərq var".
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarına görə dərslər əsasən distant formada, evdən təşkil olunacaq:
"Bununla da distantın spesifik, texniki-texnoloji və elmi-pedaqoji problemləri ilə yanaşı uşaqları gözləyən daha bir problem üzə çıxacaq. Bu da "Halal internet”lə bağlı məsələdir. Ölkəmizdə məktəblərə verilən internetlə evlərə verilən internet arasında kəskin fərq var. Məktəblərə, bütün təhsil müəssisələrinə, belə demək mümkünsə "Halal internet”, təmizlənmiş, süzgəcdən keçirilmiş internet verilir. Yəni, bu trafikdə uşaqlar üçün zərərli ola biləcək informasiyalar minimuma endirilib. Bu, bütün məktəblər üçün məcburidir. Uşaqların evlərdə istifadə etdiyi internet isə adi, hamımızın istifadə etdiyidir. Burada isə uşaqlar üçün təhlükə var. Bu, birmənalıdır. Son zamanlar isə daha ciddi təhlükələr meydana gəlir, elə uşaqlar və yeniyetmələr üçün "TikTok"la bağlı problemi qeyd etmək kifayətdir”.
Osman Gündüz qeyd edib ki, aidiyyatı qurumlar bunun fərqində olmalıdırlar:
"Azyaşlı uşaqlar üçün bu tip resursların monitorinq olunması və məhdudlaşdırılması məsələsi aidiyyatı qurumların diqqətində olmalıdır. Düşünürəm ki, Təhsil Nazilriyi, NRYTN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, provayderlər və mobil operatorlarla birgə bu problemin həlli üçün zəruri olan addımlar atmalıdır. Bizdə artıq "Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun var. Bu ildən qüvvədədir. Müşahidələrimiz göstərir ki, onun icrası ilə bağlı xeyli problemlər var. Bu qanuna görə artıq hər bir valideyn provayderdən "Halal internet”, süzgəcdən keçən internet tələb edə bilər.
Və qanuna görə provayder bu xidməti verməyə borcludur. Deməli, artıq hər bir provayder səviyyəsində filtrasiyadan keçmiş internet tarfik olmalıdır. Provayderlər buna hazırdırlarmı, belə avadanlqlar quraşdırılıbmı ? Onun xərcini kim çəkəcək ? Fikrimcə, TN, NRYTN və operatorlar-provayderlər birləşərək distant təhsil müddətində uşaqlar üçün "Halal internet" paketi də hazırlaya bilərdilər”. 
Osman Gündüz hesab edir ki, NRYTN provayderlərlə birgə bu poblemi həll etməlidir: 
"Fikrimcə burada xərcələri bəhanə edərək internetin qiymətini artırmaq da yolverilməzdir. Ümid edirəm hökumət, NRYTN bu işi nəzarətdə saxlayacaq, provayderlər bu xərcləri vətəndaşın üzərinə yıxmayacaqlar”.
Bahar Rüstəmli