Xəbər lenti

Uşaqları zorlayan manyaklara sağlamlıq arayışı verən psixiatrlarımız...
Ölkə13:01 04.08.2017

Uşaqları zorlayan manyaklara sağlamlıq arayışı verən psixiatrlarımız...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerli kütləvi informasiya vasitələrini xəbər verdiyi kimi, Azərbaycanın bölgələrindən birində hərbi xidmətdən yenicə gələn gənc oğlan 4 yaşlı qızı zorlayıb.

Belə ki, 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov toyda 4 yaşlı qızı aldadaraq deyib ki, səni nənənin yanına aparacam. Oğlan həmin vaxt içkili olub. Nəticədə azyaşlını dəmiryolunun kənarına apararaq zorlayıb.

Uşağın iniltisini eşidən bir nəfər hadisə yerinə yaxınlaşıb və dərhal polisə məlumat verib. 4 yaşlı qız həkimə aparılıb.

Ələsgər Məmmədovu kənd camaatı cəzalandırıb. Belə ki, onun əlləri və ayaqları yandırılıb.

Məlumata görə, təcavüzə məruz qalan uşaq ailənin neçə ildən sonra doğulan yeganə övladı olub. Azyaşlının ötən gün xəstəxanada vəfat etdiyi deyilir.

Məsələ ilə bağlı açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev baş verən hadisənin təsdiqini tapdığını bildirdi.

Dəhşətli hadisə barədə məlumat yayılandan sonra Azərbaycan cəmiyyəti, o cümlədən mədəniyyət xadimləri ölkədə ölüm hökmünün bərpa olunmasini tələb edirlər.

Bir müddət əvvəl, Abşeron rayonu, Xırdalan şəhərində 3 azyaşlı qıza cinsi təcavüz edərkən ələ keçirilən İbrahim Buğumov sakinlər tərəfindən linç edilib. 

Məlum olub ki, bu, Buğumovun etdiyi 4-cü faktdır. Bundan öncə İ.Buğumov liftdə, binanın blokunda uşaqlara və qadınlara təcavüz edərkən də yaxalanıb. Məhkəmə onun psixi durumunu nəzərə alaraq müalicəyə göndərib və bir neçə aydan sonra da xəstəxanadan buraxılıb.

Vəkili Namiq Hacıyev bildirib ki, İ.Buğumov şizofreniyadan əziyyət çəkir, dəfələrlə müalicə olunub.

Psixoloq Azad İsazadə 365.az-a bildirib ki, pedofiliya ruhi xəstələrdə, eləcə də sağlam insanlarda müşahidə oluna bilər. “Bu əməli ruhi xəstə insan edərsə, onu xəstəxanaya yerləşdirərək müalicə edirlər. Müalicə kursu bitəndən sonra tibbi ekspertiza keçirilir. Əgər həkimlər xəstənin sağaldığına qərar verərsə, o, xəstəxanadan buraxılır. Amma İ.Buğumov hələ də cəmiyyət üçün təhlükəlidir. Deməli, həkimllər səhvə yol veriblər”. - A.İsazadə bildirib.

“Əminəm ki, bu məsələdə həkim səhvinə yox - korrupsiyaya yol verilib. İbrahim Buğumova sağlam olması haqda arayış verən psixiatr cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - deyə hüquq müdafiəçisi  Novella Cəfəroğlu bildirdi.

Rəşad Rüstəmov