Xəbər lenti

Uşaqların intihar etməsinə səbəb nədir? - "Gizli sektalar intiharı təbliğ edir"
Ölkə08:38 15.09.2016

Uşaqların intihar etməsinə səbəb nədir? - "Gizli sektalar intiharı təbliğ edir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İntihar edən azyaşlı uşaq və yeniyetmələrin sayı durmadan artır. Mətbuatda bu tip xəbərləri izləyən valideynlər isə narahat olurlar. Heç bir problem olmadan uşaq və yeniyetmələrin intihar etməsi bəzən böyük müəmma olaraq qalır. Bir müddət öncə isə bir məktəbli uşaq öz ad günündən sonra gecə özünü asması xəbəri isə bir çoxlarımızı şoka saldı. Bəs, bu müəmmanın səbəbi nədir? Heç bir problem yaşamayan uşaq və yeniyetmələri intihara nə vadar edir?

Qaynarinfo.Az bu suallara cavab tapmaq üçün psixoloq Elnur Rüstəmova müraciət edib. 

Elnur Rüstəmov

Psixoloqun fikirincə, uşaqların telefon və oyun asılılıqları, həmçinin gizli sektaların intihar təbliğini açıqladı:

"Uşaq və yeniyetmələr arasında intihar göstəricilərinin artması cəmiyyəti narahat edən əsas məsələlərdən biridir. Çünki dünənə qədər intihar edənlər arasında xəstəlikdən əziyyət çəkən insanlar, zərərli vərdişlərdən asılı olan insanlar idi. Bu gün isə səhhətində heç bir problem olmayan və bəzən də normal dolanışı olan ailələrdə yeniyetmələri görürük. Burada təsir göstərən mexanizmlər arasında ailədaxili münaqişələr, narahatçılıq, yeniyetmənin özünə qapanması, cəmiyyətdə özünü tapmaması, ailədəki problemin ətraf tərəfindən bilinməsi və digər səbəbləri göstərmək olar. 

Digər tərəfdən telefon və internet oyunlarından asılılıq uşaq və yeniyetmələrdə aqresiyanın artmasına səbəb olur. Və son zamanlar müəyyən sektalar var ki, onlar yeniyetmələr arasında təsirə düşmə meyilli olanları intihara təşviq edirlər. Bu sektalar intiharı bir qəhrəmanlıq kimi qələmə verir, intiharı çıxış yolu kimi təbliğ edirlər. Düzdür, bu Azərbaycanda o qədər də geniş yayılmayıb, ancaq bu cür hallara da rast gəlinir."

PərvinZeynal

Qaynarinfo.Az