Xəbər lenti

USQ Krımda Rusiyanın hava hücumundan müdafiəsini
Dünya 13:14 15.09.2023

USQ Krımda Rusiyanın hava hücumundan müdafiəsini "kor" etməyi bacardı

Ukrayna Silahlı Qüvvələri Krımın hava hücumundan müdafiəsinin təşkilini yoxlayıb, onu yan keçməyi və zenit sistemlərini məhv etməyi öyrənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə hərbi analitik Yan Matveyev "Mojem obyasnit” Teleqram kanalına iki gün ərzində yarımadadakı hərbi obyektlərə ikinci uğurlu hücumu şərh edərkən deyib.

Sevastopolda sualtı və desant gəmisinin məhv edilməsindən sonra Evpatoriya bölgəsində S-400 sistemi vurulub.

"Bu uğurlardan bir neçə ay əvvəl, demək olar ki, hər gün PUA hücumları oldurdu. Onlar effektsiz görünürdü - pilotsuz uçuş aparatların böyük əksəriyyəti vuruldu. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri məlumat toplayırdı - dronlar harada, hansı vasitələrlə məhv edilib. Cavab vermə vaxtlarını izləyirdilər və ən sərfəli dəhlizləri axtarırdılar. Bundan əlavə, bu yaxınlarda "Boyko qüllələri”nə hücum zamanı Rusiya radarı ələ keçirildi, bu, Rusiyanın müdafiəsini daha da "kor” etdi”.
Son həftələrdə Ukrayna Silahlı Qüvvələri Krımda ən azı 2 S-400 "Triumf” zenit-raket kompleksini ciddi şəkildə zədələməyə və ya məhv etməyə nail olub. Bu, Rusiyanın ən müasir uzaq mənzilli hava hücumundan müdafiə sistemidir.

Avqustun 23-də Krımın qərb sahilindəki Olenevka ərazisində S-400 buraxılış sistemləri məhv edilib. 

Sentyabrın 14-nə keçən gecə Yevpatoriya ərazisindəki kompleksə zərbə endirilib. "Ukrainskaya pravda”nın məlumatına görə, əvvəlcə PUA-lar radarları sıradan çıxarıb, sonra 2 "Neptun” qanadlı raketi "kor” kompleksin buraxılış qurğularını məhv edib. 

HHM-nin zəifləməsi Ukrayna Silahlı Qüvvələrinə digər hədəfləri daha effektiv vurmağa imkan verir. Sentyabrın 13-nə keçən gecə "Storm Shadow” qanadlı raketlərlə Sevastopoldakı gəmi təmiri zavoduna zərbələr endirilib. Nəticədə "Minsk” desant gəmisinə və "Rostov-Don” sualtı qayığına ciddi ziyan dəyib. 

"İndi Krımdakı hərbi obyektlər Ukrayna raketləri üçün daha əlçatan olub, zərbələrin sayı artacaq", - Matveyev yekunlaşdırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->