Xəbər lenti

Uğurlu tandemin effektli layihələri (FOTOLAR)
Ekonomiks11:23 29.07.2017

Uğurlu tandemin effektli layihələri (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda son illər ən çox tələb və maraq dairəsində olan peşəkar sahə – Çağrı Mərkəzi operatoru və İnsan Resursları mütəxəssisidir.

Bu sahələr üzrə bilik və təhsil verə biləcək ali məktəblər mövcud olmadığından, ölkədə fəaliyyət göstərən bir sıra şirkətlər bu peşələr üzrə qısa və uzunmüddətli təlimlər həyata keçirir.

PRONET MMC şirkəti artıq 15 ilə yaxındır ki, Azərbaycanda Çağrı mərkəzlərinin idarəetmə həlli ilə tanınır. Şirkət bu illər ərzində Çağrı Mərkəzi sahəsində peşəkarlıq səviyyəsini əldə edib və təcrübəsini ictimaiyyətə ötürməkdədir.

Bu məqsədlə PRONET MMC şirkəti AZİNKA İnsan Resursları və Karyera Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıb.

Sazişə əsasən AZİNKA İnsan Resursları və Karyera Mərkəzi iş tapmaq üçün müraciət edən, lakin lazımi səviyyədə bilik və təcrübəsi olmayan gəncləri təlimdən keçməsi və tələb olunan bilgi və bacarıqları əldə etmələri üçün  PRONET MMC-nin nəzdində fəaliyyət göstərən ProSpect Academy-ə yönləndirir. Bununla da PRONET MMC gənclərin arzu etdiyi peşələrə yiyələnmək, istədikləri sahələr üzrə biliklər qazanmaqda, istədikləri karyeranın qurulmasında bir növ vasitəçi olur.  

Digər tərəfdən, PRONET MMC həm də başqa şirkətlərdə çalışması üçün hazırladığı gənclərin yüksək səviyyəli iş görməsi nəticəsində ölkədəki sahibkarlığın inkişafı yönümündə öz töhfəsini vermiş olur.

Beləliklə, yaxın günlərdə AZİNKA şirkəti tərəfindən ProSpect Academy-yə göndərilən gənclər üçün “Telefonda müştəri xidmətləri” adlı təlim keçirilib.

Təlimdə iştirakçılara manipulyasiya, telemarketinq, parazit sözlər, aqressiv müştərilərə cavab verilmə qaydaları və Çağrı Mərkəzinin operatoru üçün digər vacib məlumatlar çatdırılıb. Sonda sertifikatlar təqdim olunub.

İştirakçılar keçirilmiş təlimə və əldə etdikləri məlumatlara görə PRONET MMC və AZİNKA İnsan Resursları və Karyera Mərkəzinə təşəkkür ediblər.

ProSpect Academy-nin keçirdiyi hər bir təlim həm nəzəri, həm də tətbiqi biliklər verməyə yönəlmiş fəaliyyət göstərir. Biliklərdən əlavə, iştirakçılara təqdim olunan sertifikatlar, onlara işə düzələrkən bir növ təcrübə üstünlüyü kimi yardımçı olur.

İki şirkət arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə, bu əməkdaşlıq çərçivəsində sislsilə tədbir və təlimlərin davamlı olaraq keçiriləcəyinə əminik.

Eyni zamanda bu xoşməramlı əməkdaşlıq çərçivəsində gənclərin inkişafı və karyera qurması və nəticədə ölkəmizdə sahibkarlığın inkişafına öz töhfəmizi verəcəyimizə ümid edirik. 

PRONET MMC

İctimaiyyətlə Əlaqələr və Marketing departamenti

Bizimlə əlaqə:

Ünvan: İnşaatçılar prospekti 17A

Tel:+994012 3101221

Sayt: www.prospectacademy.az

E-mail: [email protected]