Xəbər lenti

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək
Ölkə11:16 07.04.2025

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.
APA xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.
Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb.