Xəbər lenti

Vaksin tələbinə görə restoranlar müştərisiz qaldı (VİDEO)
Ekonomiks14:52 03.09.2021

Vaksin tələbinə görə restoranlar müştərisiz qaldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı vaksin olunan şəxslər istifadə edə bilir.
Vaksin olunmayan şəxslər isə yalnız açıq havada xidmət göstərən məkanlara gedə bilər. 3 gündür qapalı məkanlarda vaksin olunma haqqında sənədin tələb olunması ictimai iaşə müəssisələrinin fəaliyyətinə də təsir edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin iyulun 26-da qəbul etdiyi qərara görə, bu ayın 1-dən ictimai iaşə müəssisələrindən, mehmanxanalardan və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə bilər.
Nazirlər Kabinetinin qəbul etdiyi növbəti qərara görə, oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə sözügedən obyektlərə daxil ola bilərlər.
Daha ətraflı Baku TV-nin süjetində:
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/CU_wtero35o" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">