Xəbər lenti

Valideynləri ilə dalaşan oğul evlərini yandırdı - Sabirabadda
Ölkə20:00 11.11.2014

Valideynləri ilə dalaşan oğul evlərini yandırdı - Sabirabadda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabadda fərdi yaşayış evi yanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən Sabirabad rayonunun Yolçubəyli kəndində vətəndaşa məxsus evdə yanğın baş verib.

Sabirabad sakini, 1955-ci il təvəllüdlü Ağalarova Gülnaz Hüsən qızına məxsus ümumi sahəsi 308 kvadratmetr olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı 50 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğindan Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüb, yaşayış sahəsinin digər hissələri yanğından mühafizə edilib.

İlkin araşdırma zamanı məlum olub ki, ev sahibinin oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Saleh Səmədağa oğlu yaranmış ailədaxili mübahisədən sonra qəsdən evi yandırıb.

Polis S. Ağalarovu saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir. 

Qaynar.info