"Ötən ilin nəticələrinə görə valyuta bazarında 11 ay ərzində 15 milyard dollardan çox valyuta satılıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı deyib.
Ekspert bildirib ki, bu anaoloji dövrün göstəriciləri ilə müqayisədə 5 faizdən çox artım deməkdir:
"Bu artımın əsas səbəbi idxal əməliyyatları həyata keçirən şirkətlərin xarici tərəfdaşlar qarşısında valyuta öhdəliklərinin icrası ilə bağlı həyata keçirdiyi əməliyyatların nəticəsi ola bilər. Buna görə dollara tələbin artması fonunda daha çox mühüm faktor budur. Lakin fraqmental məqamlar da istisna deyil".
Məhəmməd Talıblı əlavə edib ki, burada mühüm amil idxal məhsullarının satışı zamanı manatın dollara konvertasiya etmək zərurəti və onun yaratdığı dinamika ilə bağlı olması ilə bağlıdır.
Bahar Rüstəmli