Xəbər lenti

Valyuta gəlirləri niyə azalır? (ŞƏRH)
Dünya 19:25 22.06.2024

Valyuta gəlirləri niyə azalır? (ŞƏRH)

"Beynəlxalq bankın xarici valyuta gəlirlərinin azalması məzənnə siyasətilə əlaqədardır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Azərbaycan Beynəlxalq Bankının xarici valyutalar üzrə gəlirinin 15 faizdən çox azalmasına münasibət bildirərkən deyib.

Rəşad Həsənov bildirib ki, hər bir bank bazarda öz siyasətini həyata keçirir:

”Son dövrlər vətəndaşların xarici valyutalarla bağlı Beynəlxalq Banka müraciətlərində azalmalar var. Xarici valyutalar üzrə daha yüksək marj siyasəti həyata keçirilir. Ona görə də insanlar prosesdə aktiv iştirak etmir. Bütün bunlarda məzənnə siyasətilə əlaqədardır. Eyni zamanda, yaranmış vəziyyət fraqmental faktorlarla da bağlıdır”. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı”nın cari ilin ilk üç ayı ərzində xarici valyutada gəlirləri 15 faizdən çox azalıb. Belə ki, ABB-nin 2024-cü ilin yanvar-mart aylarında xarici valyutadan gəliri 12 milyon 383 min manat təşkil edib. Bu isə, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2 milyon 226 min manat, yaxud da 15,2 faiz azdır. Keçən ilin anoloji dövründə ABB-nin xarici valyutadan gəliri 14 milyon 609 min manat təşkil edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->