Xəbər lenti

Vaqif Cavadov: “Qrupda lider olacağımızı demək düzgün deyil”
İdman06:16 18.12.2021

Vaqif Cavadov: “Qrupda lider olacağımızı demək düzgün deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yığmamızın sabiq futbolçusu Vaqif Cavadov Millətlər Liqasında millimizin yer aldığı qrupla bağlı düşüncələrini bölüşüb.

 

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında Belarus, Slovakiya və Qazaxıstan-Moldova cütünün qalibi ilə yarışacaq Canni De Byazinin rəhbərlik etdiyi komandamızın şanslarını dəyərləndirib:

 

"Nəsə demək çox çətindir. Zaman lazımdır. Sadəcə, milliyə uğurlar arzulayıram. Onu deyə bilərəm ki, çətin olacaq. Bunu hamı dərk edir. Qrupda lider olacağımızı demək düzgün deyil. Amma mümkünsüz heç nə yoxdur. Çalışıb milliyə layiq olan futbolçuları cəlb etmək lazımdır. İnşallah hər bir futbolçu sağlam olsa nəticə qazanmaq mümkündür”.

 

Cavadov rəqiblərin durumu haqda fikirlərini də bildirib:

 

"Demək olar ki, qrupdakı bütün rəqiblərin hamısı ilə oynamışıq. Yalnız Belarus millisinə qarşı çıxış etməmişəm deyə yanlış məlumatım ola bilər. Ümumilikdə götürəndə elə də güclü rəqib deyil. Qazaxıstan millisinin bizimlə oyunları həmişə prinsipial keçib. Deməzdim ki, yüngül rəqibdir. Sloveniya əvvəllər qrupumuzda olub. Onlarla iki dəfə oynamışıq. Səhv etmirəmsə oyunların biri heç-heçə bitib, digərində uduzmuşuq. Demək istəyirəm ki, az-çox bu rəqibi tanıyırıq. Sadəcə, yaxşı hazırlaşıb, oynamaq lazımdır”.

 

Səbuhi Həsənov