
"2-3 il əvvəl necə idimsə, indi də həmin adamam"
"Futbolda hədəfim yenə böyükdü. İstəyirəm ki, yaxşı nəticələr qazanım. Futbolçu dayanmamalı və həmişə irəli baxmalıdı. Türkiyəyə gedəndən sonra məndə heç nə dəyişməyib. 2-3 il əvvəl necə idimsə, indi də həmin adamam".
Fanat.az xəbər verir ki, bu sözləri millimizin və Türkiyənin "Qaziantep BB" klubunun üzvü Vaqif Cavadov deyib.
Vaqif bu gün millinin məşqindən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Futbolçu Özbəkistanla oyunla bağlı da fikirlərini bildirib: "Millinin düşərgəsinə qatılmaq həmişə xoşdu. Yığmadakı uşaqlarla bir yerdə olmaq sevindirici haldı. Əsas məqsədimiz sentyabrın 9-da Bolqarıstanla seçmə oyuna hazırlaşmaqdı. Baxmayaraq ki, indidən həmin matç haqqında danışmaq tezdi. Ancaq düşünürəm ki, həmin görüşə hazırlıqlarımız başlayıb və yaxşı nəticə haqqında indidən fikirləşə bilərik".
Qaynar.info