Xəbər lenti

Vaqif Sadıqov Modriçin sözlərinə reaksiya verdi - MÜSAHİBƏ
İdman09:56 03.09.2015

Vaqif Sadıqov Modriçin sözlərinə reaksiya verdi - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Qaynar.info saytına müsahibəsi

- Millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması ilə qarşılaşacaq. Fikirləriniz.

- Ən vacibi odur ki, komandamız son 2 seçmə oyunda vacib 4 xal qazanıb. Bu da hər birimizə ümid verir ki, yığmamız oyundan-oyuna daha məzmunlu oyun göstərəcək. Məncə, hamımız ümid edirik ki, Xorvatiya qrup lideri olsa da, yığmamız layiqli mübarizə aparacaq. İnamsız yaşamaq, inamsız futbol oynamaq mümkün deyil. İlk gündən bildirmişəm ki, Robert Prosineçkinin gəlişi ilə yığmamıza o inam qayıdıb. Bu, inam olan yerdə gələcəyə nikbin baxmağımıza imkan verir. İnşallah, Xorvatiya ilə oyunda biz əsl potensialımızı ortaya qoyacağıq.

- Prosineçki Almaniyada doğulsa da, milliyyətcə xorvatdır. Bu amil hardasa yığmaya kömək edə bilər?

- Hesab edirəm ki, indi hər bir rəqibi xeyli vaxt əvvəldən təhlil edirlər, hər bir rəqibdən lazımi məlumatları almaq olur. Ancaq dediyiniz kimi, milliyətcə xorvat olduğundan Prosineçki bu yığmadakı futbolçuların mentalitetinə bələddir. Hesab edirəm ki, bu amil də bizim xeyrimizə olacaq. Ancaq ən vacib amil komandanın özünə inanması, heç bir rəqibdən çəkinməməsi və öz oyun dəst-xəttinə malik olmasıdır. Deyə bilmərəm ki, bu oyunda müsbət nəticə qazanacağıq, ya yox. Lakin son 2 matçda komandada olan müsbət cizgiləri artıq görmüşük. Hər birimiz bu gün stadiondan yığmamıza dəstək olacağıq. İnanıram ki, bu komanda qrupda daha çox xal toplayacaq.

- Acınacaqlı nəticə Malta ilə oyuna təsir edə bilər...

- Elədir. Ancaq biz gəlin, məsələnin yaxşı tərəfini düşünək. Əgər yaxşı nəticə qazanılsa, Maltaya komanda daha yaxşı əhval-ruhiyyədə yollanacaq. "Qəbələ" Avroliqada ilkə imza atdığı kimi, yığmamızın da bu seçmə mərhələdə ilklərə imza atacağını düşünürük.

- Xorvatlar Bakıya gəlməzdən öncə Azərbaycanla oyundan 3 xal götürəcəyini qeyd edirlər. Hətta Luka Modriçin sözlərindən belə anlaşılır ki, Prosineçkinin orda olması vacib rol oynamır və biz onsuz da qələbə qazanacağıq. Bu fikirlərə münasibətinizi bilmək istərdim...

- İnşallah, bu açıqlamalar bizim xeyrimizə olacaq. Komandamız vətəndə necə yaxşı oynadığını bu gün sübut etməyə çalışacaq. Qoy, onlar nə danışır-danışsın...

Qaynar.info