XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Vardanyan psixi xəstə və təxribatçıdır" - Politoloq
Siyasət08:48 13.12.2022

"Vardanyan psixi xəstə və təxribatçıdır" - Politoloq

"Bu adam xəstə təxəyyüllü olmaqla yanaşı, həm də təxribatçıdır. Vardanyanın danışdığının heç bir hüquqi əsası yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev AŞ PA-nın Hüquq Komitəsinin iclasında Ermənistandan olan deputat Vladimir Vardanyanın Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirməsini şərh edərkən deyib.
"Həmin Vladimir Vardanyan erməni xislətinə uyğun hərəkət edir. Keçirilən dinc aksiyanı soyqırım kimi dəyərləndirmək xəstəlikdir. Azərbaycan rus sülhməramlılarından öz haqqını tələb edir, bunun erməniyə heç bir aydiyyatı yoxdur. Rus sülhməramlılarından üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsini tələb edirik. Başqa bir şey istəmirik. 

Yolu bağlamışıq, bununla sülhməramlılar və ermənilərə bildiririk ki, ora öz ərazimizdir, istədiyimiz addımı ata bilərik və kimsə mane ola bilməz. Ermənilər dərk etməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil. 
Rus sülhməramlıları BMT nüzamnaməsini kobud şəkildə pozursa, niyə Vardanyan həmin məsələni qaldırmır? Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul edən oradakı vətəndaşlarımız da digər vətəndaşlarımıza məxsus olan bütün hüquqlardan istifadə edəcəklər. Bakıda 30 min erməni yaşayır ki, onların içərisində yüksək çinli erməni kökənliləri də var. 
Aksiya gözəl düşünülüb. Ermənilər ona heç bir siyasi don geyindirə bilmədiyindən, belə sərsəm ideyaları gündəmə atırlar. Vardanyan bədbəxt adamdır. Bu tip bəyanatlara Milli Məclis və XİN səviyyəsində münasibət bildirilməlidir”. 
Rüfət Sultan