Sənət 14:35 06.04.2023

Varis baş direktor təyin olundu

Azərbaycan Ədəbiyyat Fonduna yeni baş direktor təyin olunub. Bu vəzifəyə tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü yazıçı Varis Yolçuyev gətirilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə yazıçı özü məlumat verib.

Qeyd edək ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının ("İGOW Berlin”, Almaniya), PEN klubun ("PEN İnternational”, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır. 

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərli olub.