Xəbər lenti

Vasif Talıbov yığmaya 13 oyunçu çağırdı
İdman12:53 05.01.2020

Vasif Talıbov yığmaya 13 oyunçu çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, baş məşqçi Vasif Talıbov 11 günlük təlim-məşq toplanışının yekununa əsasən Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində güvənəcəyi oyunçuları müəyyənləşdirib.
Toppaylayıcılar: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova,
Blokçular: 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova
Liberolar: 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva,
Baş məşqçi: Vasif Talıbov
Məşqçilər: Famil Ağayev, Eldar Yusubov
Qeyd edək ki, yanvarın 7-12-də Apeldorn şəhərində baş tutacaq yarışda kapitan Odina Əliyeva ilə yanaşı, əsas blokçu Olena Həsənova da oynamayacaq.   
Onu da qeyd edək ki, yığmamız yarışda A qrupunda mübarizə aparacaq. Komandamız Niderland, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.