
Son günlər qeyri-adi tapşırıqlar verməklə gündəmə gələn Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı daha bir maraqlı xəbər yayılıb.
Qaynar.info-ya Naxçıvandan verilən məlumata görə Muxtar Respublikasının rəhbəri internet klubları və "Playstation" oyun salonlarını bağlamaqla yanaşı, dövlət idarələrində çalışan qadınlarla bağlı daha bir tapşırıq verib. Belə ki, dövlət müəssisələrində çalışan xanımlara rəngli və şəkilli kapron "kalkotka"lar geyinmək də qadağan edilib.
Naxçıvandakı mənbə bildirir ki, bu tapşırıq ötən gün verilib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Naxçıvanda dövlət idarələrində çalışan qadınlara saç boyasının qadağan edilməsi barədə mediada məlumatlar yayılmışdı.
Mövzu bağlı Naxçıvan Muxtar Respublikasındakı rəsmi şəxslərin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Qaynar.info