Xəbər lenti

Vaşinqton görüşündə hansı məsələlər müzakirə olunacaq? (ŞƏRH)
Dünya 18:45 09.07.2024

Vaşinqton görüşündə hansı məsələlər müzakirə olunacaq? (ŞƏRH)

"Vaşinqton görüşündə bir nömrəli məsələ olaraq Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq”.
 
Qaynarinfo-ya açıqlamasında bunu Azərbaycan-Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə NATO xarici işlər nazirlərinin Vaşinqton sammitindən gözləntilər barədə danışarkən deyib:
 
"Vaşinqtonda olacaq NATO görüşündə bir nömrəli məsələ kimi Rusiya-Ukrayna müharibəsinin gedişaatı müzakirə predmeti olacaq.
 
 
Bu proses çərçivəsində habelə Kiyevə ayrılacaq hərbi-maddi yardımlar məsələsinə də baxıla bilər. Ukraynaya yardım məsələsi əsasən Vaşinqton tərəfindən irəli sürülür. Ona görə də təşklatın Vaşinqton görüşündə bu məsələyə baxılması da istisna deyil. Bundan başqa NATO-nun genişləndirilməsi və yeni ölkələrin təşkilata cəlbilə bağlı müəyyən müzakirələrin aparılması da gözləniləndir. Rusiya Ukrayna müharibəsinin gedişi hələlik tam olaraq dəqiq bilinmir. Ona görə də müharibənin davam etməsi fonunda belə tədbirlərdə əsas diqqət sözsüz ki, Rusiya Ukrayna müharibəsi üzərinə köklənəcək. Təşkilat tərəfindən Ukraynaya hərbi yardımlar da davam etdiriləcək. Belə vəziyyət ABŞ-da noyabrda olacaq prezident seçkilərinə qədər davam edəcək”.
 
Qeyd edək ki, NATO-nun xarici işlər nazirləri səviyyəsində sammiti iyulun 9-11 arasında Vaşinqtonda olacaq. Tədbirə 30 tərəfdaş ölkə dəvətlidir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da artıq Vaşinqtondadır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->