Xəbər lenti

Vaşinqtonda robot intihar etdi (FOTO)
Texnologiya11:27 21.06.2022

Vaşinqtonda robot intihar etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqtonda rabitə agentliklərinin birində mühafizəçi "işləyən" "Knightscope K5" adlı robot özünü fəvvarəyə ataraq intihar edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, kameralarla təchiz edilmiş robot avtonom şəkildə fəaliyyət göstərmək üçün hazırlanıb. Onun son anları yoldan keçən insanlar tərəfindən qeydə alınıb və "Twitter"də paylaşılıb.
Robotu hazırlayan şirkətin saytında onun əsas xüsusiyyətləri qeyd olunub. Bunlara 'məhkəmə imkanları', nömrə nişanlarının və simsiz siqnalların qeydə alınması da daxildir. O, həmçinin "silah aşkarlama" funksiyası ilə də təchiz edilmişdi. 
Robotun son anlarına şahidlik edən sakinlərdən biri, 16 aylıq uşaq anası "ABC7 News"ə açıqlamasında bunları deyib. 
"Robot oğlumun başına dəydi və o, yerə yıxıldı. Daha sonra o, dayanmadı və irəliləməyə davam etdi".