Xəbər lenti

Vaşinqtondan Azərbaycan və Ermənistana çağırış: "Atəşi dərhal dayandırın"
Ölkə04:04 13.09.2022

Vaşinqtondan Azərbaycan və Ermənistana çağırış: "Atəşi dərhal dayandırın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinken adından yaydığı bəyanatda deyilir. 
"ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.