Xəbər lenti

Vağzallarda bayram növbəsi başladı - FOTO
Ölkə15:32 10.03.2015

Vağzallarda bayram növbəsi başladı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bayramqabağı paytaxt vağzallarında izdiham yaranıb. Hər il olduğu kimi avtovağzal və dəmiryol vağzalının kassalarında sərnişinlər növbəyə dayanıb.
Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, Novruz bayramına 10 gün qalmış artıq biletlər satışa çıxarılır.
Dəmiryol vağzalına ölkənin əsasən şimal-qərb və cənub bölgələri istiqamətinə bilet tələbatı var. Sərnişinlər 10 gün əvvəldən bilet tədarükünü görməyə başlayıb ki, sonrakı günlərdə problemlə qarşılaşmasın. Avtovağzalın kassalarında bilet satışı təşkil olunsa da, ənənəvi olaraq gediş haqları əlbəəl avtobus sürücülərinə ödənilir.
Qeyd edək ki, hər bayram ərəfəsində vağzallarda sıxlıq yaranır. 
Qaynar.info