Xəbər lenti

Vəkil Aslan İsmayılova cinayət işi açıldı
Ölkə10:03 16.10.2017

Vəkil Aslan İsmayılova cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış vəkil Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, bu barədə vəkil özü məlumat verib:

"Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam".

Qaynarinfo.Az