
Tanınmış vəkilin fəaliyyəti kollegiyanın Rəyasət Heyətində müzakirə olunacaq.
Bu barədə Bəhruz Bayramov özünün "facebook" səhifəsində yazıb.
Vəkilin yazdığı həmin statusu təqdim edirik:
“31 mart – 1 aprel 1993-cü il tarixi mənim həyatımın ən pis günləri idi. Silah haqqında təsəvvürü olmayan 18 yaşlı gənc Kəlbəcər uğrunda döyüşə getmişdi. 23 ildə hər gün özumün sağ qaldığıma nifrət etmişəm. Niyə yaşayıram Kəlbəcərsiz?
2016-ci il, aprelin 1-i, saat 16-da mənim vəkilik fəaliyyətim Vəkillər Kollegiyasının Rəyasət Heyətində müzakirə olunacaq. Xitam verin, problem deyil. Onsuz da sağ qaldıgıma 23 ildir peşimanam. Allah bizi şərəfsiz həyatdan uzaq etsin!”, – deyə vəkil öz qeydində bildirib.
Qaynar.info