Xəbər lenti

Vəkillərin hakimlərlə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq
Ölkə15:41 03.04.2019

Vəkillərin hakimlərlə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda vəkillərin məhkəmə hakimləri ilə qeyri-prosessual münasibətlərini qarşısı alınacaq.
Qaynarinfo-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirməsi tövsiyə edilib.