Xəbər lenti

Venqeri əvəzləyə biləcək 5 namizəd - Müsbət və mənfi cəhətlər
İdman13:38 14.03.2016

Venqeri əvəzləyə biləcək 5 namizəd - Müsbət və mənfi cəhətlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Arsenal" klubunun ölkə kuboku çərçivəsində öz meydanında "Uotford"a 1:2 hesabı ilə yenilməsi və bu turnirdən kənarlaşması fransız çalışdırıcı Arsen Venqerin istefaya göndərilməsi ilə bağlı müzakirələrə səbəb olub.

Qaynar.info xəbər verir ki, Britaniyanın məşhur "Mirror" saytı onu əvəzləyə biləcək 5 namizədin adını açıqlayıb.

Frank de Bur

Müsbət cəhətləri: Həm oyunçu, həm də məşqçi kimi uğurları var. "Barselona"da oynayarkən Çempionlar Liqasını qazanıb. Məşqçi kimi "Ayaks"la 4 dəfə Hollandiya çempionu olub.

Mənfi cəhətləri: Əvvəllər İngiltərədə nə oynayıb, nə də məşqçilik edib. Hollandiya Erediviziyasından İngiltərə Premyer Liqasına getməsi böyük addım olardı.

Stiv Bould

Danny

Müsbət cəhətləri: Oyunçuları tanıyır və klubun içində olanları bilir. "Arsenal"da oynayarkən Premyer Liqada çempionluq da daxil olmaqla, müxtəlif titullar qazanıb.

Mənfi cəhətləri: Böyüklər arasında heç vaxt baş məşqçi kimi təcrübəsi yoxdur.

Brendan Rocers

Müsbət cəhətləri: Premyer Liqada işləmək təcrübəsi var. Böyük ingilis klublarından birini ("Liverpul"u - red.) çalışdırıb.

Mənfi cəhətləri: Heç vaxt nə oyunçu, nə də məşqçi kimi əsas titulu qazana bilməyib. "Liverpul" üçün kifayət qədər yaxşı məşqçi olmadığından, "Arsenal" üçün də uğurlu olmaya bilər.

Manuel Pelleqrini

Manuel

Müsbət cəhətləri: Yüksək təcrübəsi var, "Mançester Siti" və Madrid "Real"ı da daxil olmaqla çox sayda böyük klubları çalışdırıb. Məşqçi kimi Premyer Liqa çempionu olub. Yayda keçidi mümkündür.

Mənfi cəhətləri: "Mançester Siti"nin cari mövsümkü çıxışı onu göstərir ki, Pelleqrini səhvsiz deyil. "Real"da təzyiq altında uğursuzluğa düçar olub.

Dieqo Simeone

Müsbət cəhətləri: Madrid "Atletiko"sunda böyük uğuru var, 2013/14 mövsümündə "Barselona" və "Real"a qalib gələrək La Liqa çempionu olub. İspaniyada 2 böyük klubun dominantlığına və maddi durumla onlarla ayaqlaşmağın çətinliyinə görə, "Atletiko"nu tərk etməkdə maraqlıdır.

Mənfi cəhətləri: "Atletiko" çətin ki onun getməsini istəsin. Venqerdən fərqli oyun üslubu "Arsenal" oyunçularının uyğunlaşmasına çətinlik yarada bilər. İngiltərədə həm oyunçu, həm də məşqçi kimi təcrübəsi yoxdur.

Qeyd edək ki, "Arsenal" bu həftə Çempionlar Liqasında hazırda dünyanın ən güclü komandası sayılan "Barselona" ilə cavab görüşünə çıxacaq. London təmsilçisi ilk matçda 0:2 hesabı ilə yenildiyindən, Arsen Venqerin komandasının bu turnirlə də vidalaşacağı şübhə doğurmur. 

Qaynar.info