Xəbər lenti

Vergi Məcəlləsinə dəyişiklik edildi: Kirayə mənzillər ucuzlaşacaq?
Ekonomiks09:50 16.01.2023

Vergi Məcəlləsinə dəyişiklik edildi: Kirayə mənzillər ucuzlaşacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İki fiziki şəxs arasında kirayə müqaviləsi imzalanırsa, burada ƏDV-dən söhbət gedə bilməz. Qanunvericilikdə də belə bir tələb yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatının ƏDV-dən azad edilməsinin kirayə mənzil bazarında qiymətlərə təsirindən danışarkən deyib. 
Ekspertin fikirincə ki, bunun kirayə mənzil qiymətinə hər hansı təsiri yoxdur: "Bu bütövlükdə kirayə bazarındakı qiymətlərə deyil, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə məzilərin kirayə verilməsi layihəsi çərçivəsində vətəndaşlara verilən məznillərə aiddir. Bu da onu deməyə əsas verir ki, artıq fondun bu istiqamətdə xərcləri müəyyən mənada azalmış olur”. 
Ramil Osmanlı deyir ki, yeni qaydalar əslində heç kimi heç nədən azad etməyib: "Əvvəlki qaydalara görə yaranan vergi yükü var idi, indi vətəndaşlar həmin yükdən azad olunurlar və bundan sonra belə bir tələb olmayacaq. Burada qiymətə hər hansı formada təsirdən söhbət getməyəcək”. 
Bahar Rüstəmli