Xəbər lenti

Verstappen yeni müqavilə bağlayır, karyerasının ən böyük qazancını əldə edəcək
İdman15:46 03.03.2022

Verstappen yeni müqavilə bağlayır, karyerasının ən böyük qazancını əldə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyalı pilot Maks Verstappen "Red Bull"la yeni müqavilə imzalayacaq. 
Qaynarinfo xəbər verir ki, bu keçən il Luis Hemiltonu məğlub edərək dünya çempionu adına layiq görülən Verstappen üçün "Formula 1" tarixində ən çox pul qazandıran müqavilə olacaq. 
Cümə axşamı elan ediləcəyi gözlənilən müqaviləyə əsasən məşhur pilot bir mövsüm ərzində 40 milyon funt-sterlinq qazanacaq. 24 yaşlı pilot keçən il Hemiltonu dünya çempionatında məğlub etdiyinə görə mükafatlandırılıb və yeni şərtlərə əsasən onun ən azı beş mövsüm daha "Red Bull" sürücüsü kimi qalacağı gözlənilir. 
O, martın 20-dən etibarən Bəhreyndə startı veriəcək yeni mövsümdə çempionluq uğrunda mübarizəyə qoşulacaq. 
Səbuhi Həsənov