Xəbər lenti

Ekonomiks 18:08 27.09.2023

Vətəndaşı bezdirən süründürməçilikdən çıxış yolu varmı? - Hüquqşünas

"Yaxşı olardı ki, vətəndaşı əziyyətə salan məmurların cəzalandırılması mexanizmi də olsun. Əgər məlumdursa ki, filan sənəd sistemdə var, məmur onu vətəndaşdan istəməmlidir. Yox, əgər həmin sənədi vətəndaşdan qanunsuz olaraq tələb edirlərsə, bu halda həmin məmur məsuliyyətə cəlb olunmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov "Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na edilən dəyişikləri şərg edərkən deyib. 
 
Vəkil bildirib ki, məmurlar bilərəkdən vətəndaşları get-gələ salırlar: 
 


"Həm bu, həm də digər sahələrdə dövlət orqanları elektron portallardan hansısa sənədləri özləri götürə bilirsə, həmin sənədlər vətəndaşdan tələb olunmamalıdır. Bu, həm işin sürətini, həm də vətəndaşların üzərinə düşən yükü azalda bilər. Elektron sistem faydalıdır, amma onunla işləyən dövlət məmurudur və bu şəxs özünü əziyyətə salmaq istəmir. Deyir ki, get bu sənədi gətir, mən sistemdə tapa bilmədim”. 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, bu qanun birbaşa uşaqlarla bağlı sənədlərin əldə olunmasına daha rahat şərait yaradacaq: 
 


"Çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlər müəssisələrinə yerləşdirilməsi qaydası birbaşa Sosial Xidmətlər Agentliyinə həvalə olunduğundan sistemə də onlar nəzarət edir. Əsasən də sənədsiz uşaqların yerləşdirilməsi ilə bağlı aparılan qeydiyyat məhz bu qurumda həyata keçirilir. Qanunda edilən dəyişiklik sənədsiz uşaqların müəssisələrə yerləşdirilməsi prosesini sürətləndirəcək”. 

Qeyd edək ki, baş nazir Əli Əsədov Nazirlər Kabinetinin "Çətin həyat şəraitində olan şəxslərin  (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə”  2013-cü il 5 noyabr tarixli 320 nömrəli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar verib. Dəyişikliyə  əsasən, bu Qaydanın 2.1-ci, 2.2-ci, 2.4-cü və 2.5-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->