Xəbər lenti

Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb
Ölkə 17:30 31.01.2025

Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb

Ağsu Rayon Məhkəməsində məsləhətçi işləyən Ayxan Cəfərov işdən çıxarılıb. 

Qaynarinfo-ya daxil olan məlumata görə, onun barəsindəki şikayətlərdən sonra işdən çıxarılması qərara alınıb. 

Ayxan Cəfərovun Ağsu Rayon Məhkəməsinin sədri Babək Qasımovun qohumu olduğu iddia edilir. 

Məlumatla bağlı Ağsu Rayon Məhkəməsi əlaqə saxlamağa cəhd etsək də, nəticəsi olmadı. İsrarlı zənglərimizə baxmayaraq məhkəmənin telefonları "susdu".

Xatərladaq ki, bir müddət əvvəl Laçın rayon sakini Tohid Ağamalıyev və Goranboy rayon sakini Sürəyya Qurbanova Babək Qasımovla Ayxan Cəfərov barəsində Məhkəmə-Hüquq Şurasına şikayət etmişdi. Onların şikayətləri mediada dərc edilmişdi. 

Vətəndaşlar bildirirdi ki, Babək Qasımov Ayxan Cəfərov vasitəsilə dələduzları himayə edir: "Ağsu Rayon Məhkəməsi bizə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin lehinə qərar çıxarıb. Ayxan adlı qohumunu da hakim otağının girişində əyləşdirib. Bu adam dələduzluq edən şəxsin qohumları ilə əlbir olub bizim haqqımızı tapdalayır".

Ağsu Rayon Məhkəməsi isə bu iddiaların əsassız olmasə barədə açıqlama vermişdi: "Qeyd edilən məsələlər tamamilə həqiqətə uyğun deyil, hər hansı sübuta söykənmir. Bununla yanaşı, əgər qarşı tərəf iddia etdiyi məsələlərdə haqlı olduğunu hesab edirsə, aidiyyatı orqanlara müraciət edə bilər. Eyni zamanda, şikayətçi iş üzrə hakimin konkret məhkəmə işi ilə bağlı qəbul etdiyi qərarı yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququna malikdir".

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->