Xəbər lenti

Veteran futbolçu: "Qarabağ"ı yersiz tənqid edirlər"
İdman12:14 25.08.2023

Veteran futbolçu: "Qarabağ"ı yersiz tənqid edirlər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rəqib meydanında 2:0 qələbə ikinci oyun üçün çox yaxşı nəticədir". 
Bu sözləri Qaynarinfo-ya "Qarabağ"ın sabiq hücumçusu İlqar Qurbanov Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Olimpiya"sı üzərində 2:0 hesablı qələbəsini şərh edərkən deyib. 
37 yaşlı veteran futbolçu son zamanlar "Qarabağ"ın tənqid edilməsinə də toxunub:
"Futbol ictimaiyyətinin tənqidlərinə baxmayaraq, "Qarabağ" yenə də öz ampulasındadır və ölkəmizi Avropada təmsil edir. Ona görə həmişə səbrli olmaq lazımdır. Düzdür, futbolda hər şey ola bilər, qarşıda hələ ikinci oyun var. Ancaq "Qarabağ"ın şansı daha çoxdur. İnanıram ki, layiqli qələbə ilə pley-offu adlayan tərəf olacaqlar. Çünki "Qarabağ" yüksək səviyyəli komandadır. Bu il yersiz yerə çox tənqid olundular. Əlbbəttə ki, bəzi nüanslar var, transferlər gecikə bilər, formada olmaya bilərlər, amma "Qarabağ"ın həmişə öz oyun üslubu, ciddiyəti olub. Avropada da bunu göstərirlər". 
Qeyd edək ki, "Qarabağ"ın "Olimpiya" ilə cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Röya Kərimli