İdman 11:55 04.08.2022

Veteran futbolçu: "Qarabağ" səfərdə rəqibini darmadağın edəcək"

Azərbaycanın tanınmış veteran futbolçusu Asif Əliyev avrokuboklarda çıxış edən klublarımızın şanslarını dəyərləndirib. 

Əliyev Qaynarinfo-ya açıqlamasında "Qarabağ" üçün yüksək fikirdə olduğunu bildirsə də, "Neftçi"nin çətinlik yaşayacağını deyib:

"Qarabağ" səfərdə rəqibini darmadağın edəcək. Düzdür, "Ferentsvaroş" pis komanda deyil. Amma "Qarabağ" keçəcək. Qol vəziyyətlərindən yararlansaydılar hesab necə olacaqdı? İkinci qolu niyə saymadılar, ofsayd kimi qeydə aldılar? Bunlar hamısı sualdır. "Qarabağ"ın hələ bir neçə oyunçusu yox idi. Səfərdə komanda daha yaxşı oynayır. "Ferentsvaroş"u ortabab rəqib sayıram. "Sürix"dən heç də güclü deyil. Normal rəqibdir, ancaq "Qarabağ" keçməlidir. Oyuna baxdım, komanda sanki səfərdə oynayırdı. Mənə elə gəlir hakimlər "Qarabağ"ı sıxırlar. Hakim çox pis təsir bağışladı. Yerli komandadır, heç olmasa 5-10 faiz simpatiya göstərilməlidir. Həmişə belə olub. Hələ sovetin dönəmində də belə idi. Deyirdilər ki, guya isti "Ferentsvaroş"u sıxırdı. Fubolçuya nə isti-soyuq? Rəqibin qaradərili futbolçuları onsuz da istiyə öyrəşiblər. İstənilən halda "Qarabağ"ın şanslarını yüksək qiymətləndirirəm.

Sabiq futbolçu Bu gün "Bakcell Arena"da "Rapid"lə qarşılaşacaq "Neftçi" haqda da danışdı: 
 
"Rapid"i hələ görməmişəm. Amma düşünürəm ki, həmin "Rapid"dirsə, "Neftçi" üçün çox çətin olacaq. Ötən mərhələdə "Neftçi" pis təsir bağışlamamışdı. Baxaq görək, bu gün necə oynayacaqlar".

Səbuhi Həsənov