Xəbər lenti

Veteran futbolçu: "Veqorst "Mançester Yunayted"ə Ronaldodan çox fayda verib"
İdman08:32 04.04.2023

Veteran futbolçu: "Veqorst "Mançester Yunayted"ə Ronaldodan çox fayda verib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasında həftəsonu "Nyukasl"a uduzan "Mançester Yunayted" beşinci pilləyə düşüb.
Qaynarinfo xəbər verir ki, Avropa Liqası və Federasiya Kubokunda yolunu davam etdirən "Mançester Yunayted”in keçmiş oyunçusu Qari Nevill Vout Veqorst və Kriştiano Ronaldonu müqayisə edib. "Sky Sports"a açıqlamalar verən keçmiş ingilis oyunçu Veqorstun bu mövsüm komandaya Ronaldodan daha çox fayda verdiyini bildirib.
Nevil açıqlamasında "Veqorst "Mançester Yunayted"in heyətində 19 oyun keçirib. Oynadığı müddətdə komandanın nəticəsi 12 qələbə, 4 heç-heçə və 3 məğlubiyyətdir və ümumilikdə 37 qol var. Ranaldo getməzdən əvvəl qələbə sayı daha az, məğlubiyyətlər isə çox idi. Ronaldonun dönəmində komandanın 23 qolu var idi. Veqorst gələndən sonra isə bu say 37-yə çıxıb. Bu, böyük fərqdir. Veqorst "Mançester Yunayted" üçün kifayət qədər yaxşı olmasa da, komandaya töhfə verən oyunçudur. Mən Ronaldonun dünyanın ən yaxşısı olduğuna inanıram. Ten Haq pis statistikasına görə Ronaldonu istəmirdi. Düşünmürəm ki, onların heç biri hazırda "Mançester Yunayted”də oynamalıdır", deyib.
Bu mövsüm "Mançester Yunayted"in heyətində 16 oyuna çıxan Ronaldo 3 qola, 2 məhsuldar ötürməyə imza atıb. Qış transfer dönəmində "Beşiktaş"dan "Mançester Yunayted"ə transfer olunan Veqorst isə İngiltərə təmsilçisində 19 matçda 2 qol, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Səbuhi Həsənov