İdman 12:17 18.01.2023

Vəzifəsindən qovulan prezidentə qarşı cinayət işi açıldı - Təcavüz ittihamı

Zinəddin Zidan haqqında dediyi sözlərdən sonra Fransa Futbol Federasiyasının (FFF) prezidenti vəzifəsindən uzaqlaşdırılan Nöel Le Qrata qarşı istintaq başladılıb.

Qaynarinfo-nun məlumatına görə, Fransa Futbol Federasiyasının (FFF) prezidenti vəzifəsindən uzaqlaşdırılan funksionerə qarşı təcavüz ittihamı ilə cinayət işi açılıb. Fransanın AFP agentliyində yer alan xəbərə görə, Paris prokurorluğu irəli sürülən son ittihamlardan sonra keçən həftə prezidentlik vəzifəsindən uzaqlaşdırılan Le Qrat haqqında araşdırmalara başlayıb. 81 yaşlı prezidentə qarşı açılan istintaqın Fransa mətbuatında yer alan cinsi təcavüz iddialarına əsaslandığı bildirilir.

Futbol meneceri Sonya Suid "L'Equipe" və RMC radio kanalına verdiyi müsahibədə "Le Qratın mənzilinə getdim. Dedi ki, əgər ondan kömək istəsəm, mənim üçün də bəzi işlərə icazə verməliyəm” deyib.

Fransa İdman Nazirliyi də Nöel Le Qrat haqqında araşdırmalara başlayıb. 2011-ci ildən FFF-yə rəhbərlik edən funksioner vəzifəsindən azad edildikdən sonra prezidentlik səlahiyyətləri müvəqqəti olaraq onun müavini Filip Dialloya tapşırılıb. 
 
Hələ prezident vəzifəsində olduğu müddətdə Zidanın millidə məşqçilik potensialı barədə ölkə mətbuatına danışan Le Qrat "Zidan mənimlə əlaqə saxlamağa çalışmadı. Zəng etsə, belə telefona cavab verməzdim. Onunla heç vaxt görüşməmişik” deyib. Bundan sonra həm Zidanın sabiq klubu "Real" (Madrid), həm də PSJ və Fransa millisinin ulduzu Kilian Mbappe dediyi sözlərə görə prezidenti tənqid etmişdi. 

Səbuhi Həsənov