Xəbər lenti

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər
İdman10:10 15.11.2025

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
Qaynarinfo-nun məlumatına görə, bu gün Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər.
Ölkə təmsilçilərindən Toğrul Məmmədli dualtlon yarışlarının final mərhələsində mübarizə aparacaq.
Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 39 mükafatla (5 qızıl, 13 gümüş, 21 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.