Xəbər lenti

Vicdan məhbusu karserə salınıb
Siyasət12:21 24.01.2017

Vicdan məhbusu karserə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan bloger Rəşad Ramazanov "karser"ə salınıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı özünün "facebook" səhifəsində məlumat yayıb. 

Hüquq müdafiəçisi yazır: "Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova bu gün səhərdən 2 Saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşməyə cəhd etsə də, görüş verilməyib və 15 günlük karsa salındığı bildirilib”.

Hüquq müdafiəçisi daha sonra Rəşad Ramazanovun karsa salınmasının səbələrinə toxunub: "Həyat yoldaşı  Könül xanım bildirib ki, Rəşada xaricdən gələn açıqcaları verməkdən imtina ediblər. O da buna etirazını bildirib. Ola bilsin ki, karsa da bu səbəbdən salınıb”.

Bəşir Süleymanlı statusunda onu da qeyd edir ki, Cəzaçəkmə Müəsisəsinin rəhbərliyi bununla bağlı heç bir açıqlama vermir.

2013-cü il mayın 9-da həbs olunan bloger Rəşad Ramazanov narkotik ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.  

Blogerin "facebook"da Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər etdiyinə görə həbs olunduğunu bildirir. 

"Amnesty İnternational" beynəlxalq hüquq müdafiə təşkilatı Rəşad Ramazanovu "Vicdan məhbusu” elan edib.

Qaynarinfo.Az