Ölkə 18:03 11.11.2022

Vilayət Eyvazovdan yeni təyinat (FOTO)

Ağdaş Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis kapitanı Nəcəfli İbrahim Rahib oğlu Ağdaş Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, İbrahim Nəcəfli bundan əvvəl Kürdəmir Rayon Polis Şöbəsində istintaq bölməsinin baş müstəntiqi vəzifəsində çalışırdı.