Xəbər lenti

Vilyam Hacıyevin həbs qoyulmuş 5 milyonluq əmlakı (SİYAHI)
Ekonomiks14:14 05.04.2022

Vilyam Hacıyevin həbs qoyulmuş 5 milyonluq əmlakı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.
APA həmin əmlakların siyahısını əldə edib. İstintaq orqanı tərəfindən həbs qoyulmuş sözügedən əmlakların siyahısını təqdim edirik:
Bakı şəhərində yerləşən mənzil;
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.
Xatırladaq ki, sabiq icra başçısının cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma davam etdirilir. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Məhkəmə əmlakların dövlət nəfinə müsadirə edilib-edilməməsinə qərar verəcək.