Xəbər lenti

Vitse-admiralın vəkilindən Xanlar Vəliyevə ağır ittihamlar
Ölkə07:40 04.07.2014

Vitse-admiralın vəkilindən Xanlar Vəliyevə ağır ittihamlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun vəkili Adəm Məmmədov AzNews.az-ın suallarını cavablandırıb.

- Adəm müəllim yəqin ki, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun “Yeni Müsavat”a verdiyi sensasion məlumatlardan xəbərdarsınız. Bununla bağlı fikirləriniz maraqlıdır... 

- Bəxtiyar Məmmədov qeyri-ciddi adam olduğuna görə cavab vermək istəmirəm.

- Qeyri-ciddi adam olduğunu desəniz də, yetərincə ciddi ittihamlar səsləndirib. Susmağınız onun fikirlərini qəbul etməyiniz kimi görünür... 

- Mən ona cavab versəm, polemika başlayacaq.  

- Cavab verməyə də bilərsiniz, amma…

- Onu arxasında dayananlar ortaya atıblar. Guya mətbuata informasiya ötürürlər.

- Onun arxasında dayananlar kimlərdir, sizcə?

- Onu başa salanlar, ortaya atanlar mənim müsahibələrimdən sonra “qara piar”a başlayırlar.

- Bizə açıqlamanızda müdafiə naziri və hərbi prokurorun adını çəkməyini yadınızdadır?

-Bəli.

- Necə hesab edirsiniz, indiki halda da həmin bu şəxslər Bəxtiyar Məmədovun arxasında dayana bilərlərmi?

- Ola bilər. Məsələyə məntiqlə yanaşanda düşünmək olur. Məsələn, bundan əvvəlki müsahibəmdə bildirmişdim ki, Respublika Hərbi Prokurorluğunda üzləşmə istintaq hərəkəti protokollaşdırılmayıb. Qanunda da göstərilir ki, üzləşmə protokollaşdırılmırsa, qanunsuz hesab edilir.

- Söhbət kimlə üzləşmədən gedir?

- Elxan Hacıyevlə Şahin Sultanovun üzləşməsində müstəntiq həmin istintaq hərəkətini protokollaşdırılmamışdı. İstintaqda belə pozuntular baş verirsə, bu, onu göstərir ki, istintaqa birbaşa rəhbərlik edən şəxs qərəzlidir.

- Yəni kim?

- Respublikanın hərbi prokuroru Xanlar Vəliyev. Çünki istintaqın gedişiylə bağlı hər şey ona məruzə olunur.

- Bildirilir ki, Ş.Sultanov Səfər Əbiyevə yaxın adamlardan idi...

- Bu barədə heç nə deyə bilmərəm. Çünki çətin sualdır. 

- Xatırladım ki, siz Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyiniz mətbuat konfransında məhz bu fikri səsləndirmişdiniz. Dediniz ki, Səfər Əbiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra Sultanova qarşı təzyiqlər başlandı.Yəni Əbiyev Sultanovu qoruyurdu...

- Hərbi Dəniz Qüvvələrində qanunsuz yoxlamaların aparılmasının qarşısını Səfər Əbiyev kəsib çox güman ki vaxtında. İki təşkilat arasında fikir ayrılığı da yarana bilərdi. Azərbaycan reallığını nəzər alsaq, Səfər Əbiyev vəzifədə olduğu zaman Hərbi Prokurorluq bunlara yaxın düşə bilməyib. Yəni nazirliyə qarşı.

2011-2012ci illərdə bu şəxslər Hərbi Prokurorluq tərəfindən yoxlanılıb və ciddi qanun pozuntusu aşkarlanmadığı yazılıb. 2011-ci ildə pozuntular olanda niyə onları ortaya çıxarıb komandanın diqqətinə çatdırmırdınız? Yoxlamanı həyata keçirən prokurorluq əməkdaşları niyə məsuliyyətə cəlb olunmurlar? Halbuki 2011-ci ildəki yoxlamaya Xanlar Vəliyev özü birbaşa rəhbərlik edirdi. Onda belə çıxır ki, Səfər Əbiyev vəzifədə olanda Sultanov onun kadrı olduğuna görə susurdu?

- Yəni etiraf edirisiniz ki, Ş.Sultanov Əbiyevin kadrı olub.

- Bəli, mən kiminlə işləyirəmsə, o da mənimlə işləyirsə, kadrım sayılır da. Nazir olan müddətdə tabeçiliyndə kim işləyibsə, hamısı nazirliyin kadrları hesab edilir. 

Qaynar.info