Xəbər lenti

Vitse-prezident: "Bu uğuru şəhid və qazilərimizə həsr edirik”
İdman11:37 12.10.2021

Vitse-prezident: "Bu uğuru şəhid və qazilərimizə həsr edirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu nəticə Azərbaycan güləşində tarixi hadisədir"
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov söyləyib.
O, güləşçilərimizin dünya çempionatındakı çıxışını dəyərləndirərkən bu sözləri deyib:
"Dünya çempionatında Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazandı. Bu, AGF-nin çox böyük uğurudur. Federasiyanın rəhbəri Namiq Əliyevi, millinin baş məşqçisi Aleksandr Tarakanovu, böyük məşqçi Rövşən Bayramovu, məşqçilər Akif Əliyevlə Həsən Əliyevi təbrik edirəm. Uzun müddət bu yarışa hazırlıq keçmişdik. Bu prosesdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Təlim-məşq toplanışları davam edəcək. Noyabrda bizi U-23 dünya çempionatı gözləyir. İlin sonunadək bir neçə daxili yarışın keçirilməsi də nəzərdə tutulub. Bu uğuru "Dəmir yumruq” əməliyyatında qələbələr qazanmış şəhid və qazilərimizə həsr edirik”.
Səbuhi Həsənov