Xəbər lenti

“Vkontakte” satıldı - 2 milyarda
Ekonomiks08:25 17.09.2014

“Vkontakte” satıldı - 2 milyarda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın ən böyük internet şirkətlərindən olan “Mail.Ru”, Rusiyanındigər internet nəhəngi “Vkontakte”nin (VK) bütünlükdə satın aldığı iləbağlı bu gün rəsmi açıqlama yayıb.

“TexnoBaz“ınverdiyi xəbərə görə, Rusiyanın Facebook-u kimi tanınan VK-nin dünənəqədər 52 faizinə sahib olan “Mail.Ru” yerdə qalan 48 faizi də əldə etməküçün 1.47 milyard dollar ödəyib. Məbləğin hamısının nağd ödəndiyibildirilir.

Bu günə qədər, rəqibi VK-dakı payını addım-addım artıran “Mail.Ru”,bu ilin mart ayında VK-nın 12 faizini də alaraq payını 52 faizəçatdırmışdı.

Son 1.47 milyard dollarlıq sövdələşməni nəzərə alsaq, “Mail.Ru” 200-7-ci ildən bəri VK-ya 2,06 milyard dollar yatırım edib.

VK Azərbaycanda da “Facebook”dan sonra ikinci ən populyar sosial şəbəkədir.

Qaynar.info