Xəbər lenti

Vobay “Neftçi” ilə vidalaşdı – FOTOLAR
İdman11:29 01.08.2013

Vobay “Neftçi” ilə vidalaşdı – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Julius Vobay “Neftçi”dən ayrılıb. Qaynar.info xəbər verir ki, Sierra Leone yığmasının üzvü klub prezidenti Sadıq Sadıqov və komanda üzvləri ilə görüşərək sağollaşıb.

Sadıq Sadıqov ona “Neftçi”dəki xidmətlərinə görə təşəkkür edərək, uğurlar arzulayıb. Daha sonra Julius Vobay futbolçuların hər biri ilə ayrı-ayrılıqda görüşüb.

Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Vobay icarə əsasında 1 il müddətinə Səudiyyə Ərəbistanının “Əl Şabab” klubunda çıxış edəcək.

Qaynar.info