Xəbər lenti

Vobay “Neftçi”yə qayıtdı
İdman11:56 03.06.2014

Vobay “Neftçi”yə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Başqa klublarda icarə əsasında çıxış edən futbolçulardan daha biri “Neftçi”yə qayıdıb.

Qaynar.info xəbər verir ki,  bu barədə apasport.az saytına komandanın baş məşqçisi Böyükağa Hacıyev məlumat verib. O bildirib ki, ötən mövsümü Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şaab” klubunda keçirən Julius Vobay növbəti mövsüm “ağ-qaralar”ın heyətində olacaq.

 Syerra-Leoneli sağ cinah futbolçusu ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində “Skenderbeu” ilə oyunlardakı uğursuzluqdan sonra ərəb klubuna icarəyə verilmişdi. O, “Əl-Şaab”da 12 oyuna 1 qol vurub.

Qeyd edək ki, “Neftçi” daha 2 icarədə olan futbolçusunu geri qaytarıb. Bunlar ötən mövsüm “Simurq”da çıxış edən Nicat Qurbanov və “Araz Naxçıvan”ın qapısını qorumuş Emil Balayevdir.

Qaynar.info