Xəbər lenti

Voleybol Federasiyasında klub prezidentləri vitse-prezident oldular
İdman13:49 25.10.2016

Voleybol Federasiyasında klub prezidentləri vitse-prezident oldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar gerçəkləşib.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, federasiyada yeni şöbə yaradılıb. İdman şöbəsinə AFFA-da və "Neftçi" klubunda idman direktoru kimi çalışmış Elnur Məmmədov rəhbər təyin olunub. Bu şöbədə koordinator vəzifəsini isə Oqtay Musayev icra edəcək.

Federasiyada vitse-prezidentlərin sayı artıb. I vitse-prezident Faiq Qarayev, vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyevdən başqa, "Azərreyl"in prezidenti Elşən Əfəndiyev və "Lokomotiv"in prezidenti Rəşad Abbasov da vitse-prezident statusuna yiyələnib.

Qeyd edək ki, bu federasiyaya prezident postunda da bu ay dəyişiklik olub. Nəqliyyat naziri Ziya Məmmədovu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov əvəzləyib.

Qaynarinfo.Az