Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, baş məşqçi Pərviz Səmədov və onun köməkçiləri Mixail Solovyov, Akif Vəliyevin rəhbərlik etdiyi komandaya aşağıdakı voleybolçular dəvət alıb.
Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev, Kənan Allahverdiyev.
Sözügedən heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək İslamiadada da təmsil edəcək. 8 - 15 avqustda baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.
Səbuhi Həsənov